Modern.az

“Dünyanın ən yaxşı 100 mətbəxi” - Azərbaycan niyə 77-ci yeri tutur? - SİYAHI

“Dünyanın ən yaxşı 100 mətbəxi” - Azərbaycan niyə 77-ci yeri tutur? - SİYAHI

15 Dekabr 2023, 14:32

Qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” 2023-cü il üzrə "ən yaxşı 100 mətbəx" və "ən yaxşı 100 yemək" reytinqini tərtib edib.

Modern.az saytı xəbər verir ki, dünya ölkələri üzrə ən yaxşı mətbəx siyahısında Azərbaycan 77-ci yerdə göstərilib. 

Siyahı hazırlanarkən Azərbaycandan Abşeron zəfəranı, qutab, şah plov, narşərab, buğlama və daha 34 təam əsas götürülüb.
“TasteAtlas”a görə, Azərbaycan mətbəxinin ilk “10-luq”da yer alan yeməkləri isə bunlar olub: qutab, lavaş, lüləkabab, Şəki pitisi, pomidor dolması, kətə, manqal salatı, zülbiyə, dovğa, çoban salatı.

Bədnam qonşumuz – Ermənistan isə bizdən öndə - 69 yerdə qərarlaşıb.

Dünya mətbəxlərinin reytinqində İtaliya 1-ci, Yaponiya 2-ci, Yunanıstan 3-cü sıranı tutur.

Qardaş Türkiyə 15-ci sırada göstərilib.

2023-cü ilin ən yaxşı qiymətləndirilən yeməyinə gəlincə Braziliya ətindən hazırlanmıç Picanha 1-ci, Malayziya çörəyi Roti Canai 2-ci və Tayland qızartması Phat Kaphrao 3-cü olub.

Azərbaycan yeməklərindən heç biri "100-lük"də yer almayıb.

***

Ən yaxşı mətbəxi olan 100 ölkə


***
Ən yaxşı 100 yemək



A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı