Modern.az

Kişi kompleksləri - SİYAHI

Kişi kompleksləri - SİYAHI

11 Sentyabr 2014, 14:16

Güclü cinsin nümayəndələri sayılan kişilər də bir çox gizli qorxulardan – komplekslərdən əziyyət çəkirlər. Modern.az saytı kişilər arasında geniş yayılan həmin kompleksləri və onların səbəbini təqdim edir.

İsgəndər kompleksi

İsgəndər (Aleksandr) adı dünyada geniş yayılsa da, bu kompleksin adı antik dövr sərkərdəsi makedoniyalı İsgəndərin adı ilə bağlıdır.
İsgəndər kompleski – bir kişinin digər kişi qarşısında homoseksual görünməkdən qorxması ilə bağlıdır. Adətən, belə insanlar ənənəvi orientasiyaya malik olsalar da, ətrafdakı həmcinslərinin onu homoseksual zənn etməsundən narahat olurlar. Bu kompleksin məşhur makedoniyalı sərkərdənin adı ilə əlaqələndirilməsi isə antik dövrdə homoseksual əlaqələrin adi hal olması ilə bağlıdır.

Herakl kompleksi

Qədim yunan əsatirlərinin qəhrəmanı olan Heraklın adı ilə bağlı da kompleks mövcuddur. Əsatirlərdən birində Heraklın amazonka qadınlardan birinə xidmət etdiyi və bütün qadın işlərini yerinə yetirdiyi təsvir olunurdu.

Herakl kompleksi – kişilərin ev işləri görmək qorxusudur. “Evdar kişi” olmaq hissi onların bir çoxunu qorxuya salır. Əksər qadınlar ərlərinin ev işi görməkdən yayınmasını adi tənbəllik hesab etsələr də, əslində Herakl kompleksinin də şüuraltı təsiri nəzərə alınmalıdır.

Lot kompleski

Lot İncildə Sodoma və Qomorra şəhərlərinin viran edilməsindən sonra insan nəslini yaşadan şəxs kimi tanınır. O, hətta bunun üçün öz doğma qızlarından istifadə edib.

Lot kompleksi – ataların öz qızlarını itirmək qorxusuna deyilir. Xüsusən qızlarının sevgililərinə qarşı qısqanclıq hissi kişilərə xas olur. Lakin bəzən Lot kompleksindən atalar yox, onların qızları əziyyət çəkir. Çünki atalarının həddindən artıq qayğısı və sevgisi qızların şəxsi həyatını qura bilməməsinə səbəb olur.

Napoleon kompleksi

Tarixdən məlumdur ki, 20 il ərzində Avropada hökmranlıq edən Fransa imperatoru Napoleon Bonopart balacaboy olub. Onun adı ilə bağlı olan kompleks isə balacaboy kişilərin özlərindən hündür kişilərə nifrət etməsi ilə bağlıdır.

Don Juan kompleksi

Don Juan orta əsrlərin məşhur ispan şorgözüdür. Onun adı ilə bağlı kompleks kişilərin sevdiyi qadınlar tərəfindən atılma qorxusudur. Güclü cinsin əksər nümayəndələri qadınlar tərəfindən atılmağı “ayıb” iş bilirlər. Onların fikrincə, münasibətlərə sonu yalnız onlar verə bilərlər.

Kotovski kompleksi

Psixoloqların fikrincə, Kotovski kompleksi kişilərin keçəlləşmə qorxusudur. Saç tökülməsinə qarşı effektiv mübarizə üsulu kəşf edə bilməyən kişilər, çıxış yolu olararq saçlarını dibdən vurdurmağa üstünlük verirlər.

Rəis kompleksi

Rəis kompleksi – kişilərin rəislərinin tabeliyində olmaq qorxusu ilə bağlıdır. Belə kompleksdən əziyyət çəkən kişilər həyat yoldaşlarının onlardan çox pul qazanmasına, yaxud rəislərinin qadın olmasından çox qorxurlar.

Təqaüdçü kompleksi

Kişilərin böyük əksəriyyəti təqaüdə çıxmaqdan qorxurlar. Psixoloqlar hesab edir ki, təqaüdçü kompleksi olan kişilər daha gənc həmkarlarının iş qabiliyyətinə, enerjisinə həsəd aparmağa başlayırlar.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?