“Xudavəng monastır kompleksinin ermənilərə heç bir adiyyəti yoxdur".
Modern.az xəbər verir ki, bu fikirləri AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarixçi alim Ramin Əlizadə deyib. O, erməni vandalizminə məruz qalan Azərbaycan abidələrlə bağlı müsahibə verib. Qeyd olunub ki, kompleks Qafqaz Albaniyasının yadigarıdır. Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Abidə də onlardan yadigar qalıb”.
Ramin Əlizadə qeyd edib ki, monastırda yağlı boya ilə çəkilmiş çoxlu şəkil və yazılar var idi.
(Xalq qəzeti)