Modern.az

Netanyahu: İranla müharibə yenidən başlaya bilər 

Netanyahu: İranla müharibə yenidən başlaya bilər 

Dünya

Bu gün, 03:04

İsrailin Baş naziri Benyamin Netanyahu İranla hərbi qarşıdurmanın yenidən başlama ehtimalını istisna etməyib.

Modern.az xəbər verir ki, o, videomüraciətində İsrailin bütün ssenarilərə hazır olduğunu bildirib.

Netanyahu qeyd edib ki, ABŞ-la məqsədləri üst-üstə düşür:
“Amerikalı müttəfiqlərimiz İranla təmasları barədə bizi daim məlumatlandırır. Məqsədimiz eynidir – zənginləşdirilmiş uranın İrandan çıxarılması və onun qaldırılmasıdır. Eyni zamanda, boğazların açıq qalmasını istəyirik”.

Baş nazir vurğulayıb ki, vəziyyətin necə inkişaf edəcəyini demək hələ tezdir: “Müharibənin yenidən başlama ehtimalını nəzərə alaraq, biz istənilən ssenariyə hazırıq”.

O əlavə edib ki, İsrail hazırda “Hizbullah”a qarşı əməliyyatları davam etdirir və paralel olaraq Livanla danışıqlar aparır. Netanyahuya görə, bu danışıqlar İsrailin güclü mövqeyi fonunda baş tutur.

Baş nazir bildirib ki, danışıqların əsas məqsədi “Hizbullah” qüvvələrini sərhəddən uzaqlaşdırmaq və “güc vasitəsilə sülh”ə nail olmaqdır.

Netanyahu, həmçinin qeyd edib ki, İsrail qüvvələri Livanın Bint-Cübeyl bölgəsində qruplaşmanın əsas dayaq məntəqələrinə zərbələr endirməyə davam edir və təhlükəsizlik zonasının genişləndirilməsi istiqamətində tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi