Modern.az

ÇL: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

ÇL: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

İdman

16 Aprel 2026, 01:04

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada rəqibinə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olub. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə əldə etdiyi üçün üstünlük ev sahiblərində olub. Bu matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.

Daha əvvəl baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV