ABŞ maliyyə naziri Skott Bessent İran neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilə biləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, o, Ağ Evdə keçirdiyi brifinqdə bu barədə danışıb.
Nazir bildirib: “Ölkələri xəbərdar etmişik ki, əgər İran nefti alırlarsa və ya İran vəsaitləri onların banklarında saxlanılırsa, biz ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırıq”. Bessent əlavə edib ki, bu siyasət nəticəsində Çinin İran nefti alışında fasilə yaranacağı gözlənilir. Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi iki Çin bankına rəsmi məktub göndərib:
“Onlara bildirmişik ki, əgər hesablarınızdan İran pullarının keçdiyini sübut edə bilsək, sanksiyalar tətbiq olunacaq”. Nazir həmçinin vurğulayıb ki, ABŞ Rusiya və İran nefti ilə bağlı ümumi lisenziyanı uzatmayacaq.