Modern.az

Livanda son sutkada onlarla insan həlak olub

Livanda son sutkada onlarla insan həlak olub

Dünya

16 Aprel 2026, 00:49

Livanın cənub bölgələrinə İsrail tərəfindən endirilən hava zərbələri nəticəsində son 24 saatda azı 43 nəfər həlak olub, 140 nəfər isə yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, martın 2-dən etibarən gərginliyin artdığı dövrdə ölənlərin ümumi sayı 2 167 nəfərə, yaralananların sayı isə 7 061 nəfərə çatıb.

Bildirilib ki, hava hücumları nəticəsində həyatını itirənlər arasında 172 uşaq və 260 qadın da var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?