Modern.az

ABŞ Senatı İrana zərbələri məhdudlaşdıra biləcək qətnaməni bloklayıb

ABŞ Senatı İrana zərbələri məhdudlaşdıra biləcək qətnaməni bloklayıb

Dünya

16 Aprel 2026, 02:11

ABŞ Senatı Konqresin razılığı olmadan İrana qarşı hərbi zərbələri məhdudlaşdıra biləcək qətnamənin qəbulunu bloklayıb.

Modern.az xəbər verir ki, sənəd səsvermə zamanı yetərli dəstək qazanmayıb.

Belə ki, qətnamənin lehinə 47 senator səs versə də, 52 senator əleyhinə çıxıb və nəticədə sənəd qəbul olunmayıb. Qeyd olunur ki, bu qətnamə qəbul edilsəydi, ABŞ Prezidentinin Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi məhdudlaşdırıla bilərdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?