Modern.az

Jurnalistlərə Ali Media Mükafatı verilib - SİYAHI

Jurnalistlərə Ali Media Mükafatı verilib - SİYAHI

Media

23 İyul 2012, 09:32


İyulun 22-də "1001 Gecə" restoranında Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatın yaranmasının 137 illiyi qeyd olunub.

Modern.az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimi-Siyasi şöbəsinin rəhbəri Əli Həsənov, KİVDF icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov çxış edib. 
Mərasimdə Ali Media Mükafatı öz sahiblərinə təqdim olunub.
Mükafatın 1-ci dərəcəsinə BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli layiq görülüb. İkinci dərəcələr üzrə mükafat "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, APA-nın baş direktoru Vüsalə Mahirqızı, "Ayna" və "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlıya verilib.
Ali Media Mükafatının üçüncü dərəcəsi ilə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı təltif olunub.
Mükafatları qaliblərə Əli Həsənov təqdim edib.

Daha sonra fərdi jurnalist müsabiqəsi üzrə 30 qalib mükafatlandırılıb. Mükafat alanlar arasında Modern.az-ın əməkdaşı Aytən Əliyeva da olub.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir