Modern.az

Baş redaktor müavini evində ölü tapıldı

Baş redaktor müavini evində ölü tapıldı

Media

13 Dekabr 2023, 13:04

Rusiyanın "Komsomolskaya pravda" qəzetinin baş redaktor müavini Anna Tsareva Moskvadakı mənzilində ölü tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

 

Bildirilib ki, qızları ilə uzun müddət əlaqə saxlaya bilmədiklərinə görə narahat olan valideynləri mənzildə 35 yaşlı qadının meyitini aşkarlayıblar. Tsarevanın bundan əvvəl özünü pis hiss etdiyi və yüksək hərarətdən şikayət etdiyi qeyd olunub.

 

Həmçinin, mənzildə hər hansı mübarizə izləri, yaxud zorakı ölüm əlamətləri aşkarlanmayıb. Polis bu faktlar üzrə araşdırmaya başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir