Modern.az

Audiovizual Şura telejurnalistlər üçün təlim keçirdi - FOTO

Audiovizual Şura telejurnalistlər üçün təlim keçirdi - FOTO

Media

14 Dekabr 2023, 16:46

Audiovizual Şura və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkil etdiyi “Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim” keçirilib.

Şuradan Modern.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bəşəriyyətin ən böyük bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə də mühüm məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışıb.

O bildirib ki, bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə medianın əlaqəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev işçi qrupun fəaliyyətindən və media ilə sıx təmaslardan, mediada bu mövzuların işıqlandırılmasının həssas məsələlərindən söz açmış, belə maarifləndirmə tədbirlərinin müntəzəm təşkil olunduğunu və əhəmiyyətini vurğulanıb.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, İşçi qrupun nümayəndəsi Şahin İsmayılov təlim mövzuları ilə çıxış eediblər. Onlar narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıblar.

Media nümayəndələrinə Azərbaycan Prezidentinin Sərənacamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri haqqında ətraflı məlumat verilmiş, ölkəmizdə “ağ ölüm”ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti barədə də söhbət açılıb.

Təlim media nümayəndələrini maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir