Modern.az

Qəzzada öldürülən jurnalistlərin sayı 100-ə çatır

Qəzzada öldürülən jurnalistlərin sayı 100-ə çatır

Media

23 Dekabr 2023, 10:06

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda fələstinli jurnalist Məhəmməd Xəlifə həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

 

Bildirilir ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsində jurnalist Xəlifənin evini bombalayıb, nəticədə, Xəlifə və onun ailə üzvləri həyatını itirib.

 

Məlumatda bildirilib ki, bununla da oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 99-a yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir