Modern.az

Tanınmış aparıcı “Mədəniyyət” telekanalına direktor təyin edildi

Tanınmış aparıcı “Mədəniyyət” telekanalına direktor təyin edildi

Media

10 Yanvar 2024, 17:14

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı, jurnalist Dilarə Səlim “Mədəniyyət” telekanalının direktoru təyin edilib.

 

Modern.az-ın məlumatına görə, Dilarə Səlim bu təyinatadək AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru vəzifəsində çalışırdı.


Dilarə Hamlet qızı Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib.

1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib.

1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə ABA televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb.

2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub.

2018-ci ildə AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru təyin edilib, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır.

Ailəlidir, iki qızı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir