Modern.az

FM yayımı olmayan “ölü” zonalar aşkarlandı

FM yayımı olmayan “ölü” zonalar aşkarlandı

Media

19 Yanvar 2024, 11:50

Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılmış, əhatə zonaları çıxarılmışdır. "Yuxarı Sus" (Laçın rayonu), "Balasoltanlı" (Qubadlı rayonu) RTYS-lərdə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanmış və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılmışdır.

 

Modern.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.

 

Hesabatda deyilir ki, bundan başqa, adı çəkilən RTYS-lərdə "Azərbaycan Radiosu"nun və "İctimai Radio"nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan radiotezliklər müəyyən olunmuşdur. İl ərzində Bakı–Ağsu, Bakı–Lerik və Bakı–Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilmiş, maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilmiş, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülmüşdür. Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılmış, “ölü” zonalar aşkar edilmiş, onların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunmuşdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü