Modern.az

Bakıda keçmiş məmuru güllələdən qadın: “Məni zorlamışdı” - TƏFƏRRÜAT

Bakıda keçmiş məmuru güllələdən qadın: “Məni zorlamışdı” - TƏFƏRRÜAT

Təhsil

13 Aprel 2016, 15:43

Aprel ayının 11-də paytaxtın Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini, vaxtilə Bərdə rayon İcra Hakimiyyətində çalışmış Hüseyn Qasımov istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açması barədə xəbər vermişdik. Nəticədə daban nahiyyəsindən güllə yarası alan Hüseyin Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra  evinə  buraxılıb. 

Musavat.com xəbər verir ki, hadisənin baş verdiyini gün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri,  Ramil Hüseynli və Günel Süleymanova saxlanılıb. İstintaq zamanı məlum olub ki , Ramil cinayəti Günel Süleymanovanın sifarişi ilə həyata keçirib. Belə ki 33 yaşlı Günel Süleymanova zərərçəkən Hüseyn Qasımovdan qisas almaq məqsədi ilə ona qarşı silahlı insident yaradıb. 

Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb: “Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatda istifadə edilsin. Dedim ki, qorxudun”. 
Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: “Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”. 

Adam oğurluğuna görə 12 il həpsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi “AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün  Günel Süleymanovadan   40 min manat alacaqmış.

Ramilin Rəsulzadə qəsəbəsidə kirayədə yaşadığı  evdən 1 ədəd “AKM” markalı silah, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. 

Faktla bağlı hər iki şəxs barəsində Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?