Modern.az

Rumıniya və İsveçrə milliləri heç-heçə oynadı

Rumıniya və İsveçrə milliləri heç-heçə oynadı

Aktual

15 İyun 2016, 22:10

"Avro-2016"da qrup mərhələsinin oyunları davam edir.  Modern.az saytı xəbər verir ki, A qrupu çərçivəsində II turun 2-ci görüşü Rumıniya ilə İsveçrə milliləri arasında keçirilib. Oyunun birinci hissəsi 1:0 rumın yığmasının qələbəsi ilə başa çatıb. Belə ki, ilk hissədə yeganə qolu 18 dəqiqədə Boqdan Stanku penalti ilə vurub. İkinci hissədə isə İsveçrə komandasının oyunçusu Admir Mehmedi bərabərlik qolunu vurub.  Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir