Modern.az

Bir gündə qətlə yetirilən iki gənc qadın meyiti tapılıb

Bir gündə qətlə yetirilən iki gənc qadın meyiti tapılıb

Aktual

19 İyun 2016, 23:16

Qazax rayonunun ardınca bu gün axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində qadın meyiti aşkar edilib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, meyit Tovuz rayon morquna yerləşdirilib. İlkin araşdırma zamanı Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Qazax rayonunda da 25 yaşlı naməlum qadın meyiti aşkar edilib. Kimliyi məlum olmayan meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək