Modern.az

Şok İDDİA: İran Qarabağ probleminin həllindən narahatdır

Şok İDDİA: İran Qarabağ probleminin həllindən narahatdır

Qarabağ

14 İyul 2016, 10:30

İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqların intensiv xarakter almasından təşvişə düşüb.

 

Modern.az saytının verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb.

 

Qəzet yazıb ki, rəsmi Tehran əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planı olduğu bildirilən, işğal altındakı 5 rayonun Azərbaycana qaytarılmasından narahatdır.

 

İddiaya görə, İran öz sərhədində belə dəyişiklikləri maraqlarına zidd kimi qiymətləndirir və bu prosesə təsir  göstərməyə çalışır.

 

Qeyd edək ki, Bakıda avqust ayının 8-də Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilir. “Ajkakakan Jamanak” yazıb ki, İran prezidenti Həsən Ruhani Bakıda məsələ ilə bağlı öz narahatlığını bildirəcək.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu