Modern.az

Uşaq alverçisi edam edildi

Uşaq alverçisi edam edildi

Aktual

16 Avqust 2016, 14:49

Çində uşaq alverində günahkar bilinən qadın haqqında çıxarılan ölüm hökmü icra olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Quansi-Çjuan muxtar rayonunun məhkəməsi 2014-cü ilin may ayında həmin qadını 10 günlükdən 7 aylığa qədər 20-dən çox uşağın alverində günahkar bilib.

Edam edilən şəxs Çin və Vyetnamın 20-dən çox  vətəndaşından ibarət uşaq alveri qrupuna daxil olub. Cinayətkarlar yeni doğulan körpələri Vyetnamdan Çinə gətirərək satıblar.

Cinayətkarların hamısı müxtəlif müddətə həbs çəzalarına məhkum ediliblər, polis 11 uşağı xilas edə bilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək