Modern.az

Rusiya şirkəti Qarabağın elektrik şəbəkəsini satın almaq istəyir - İDDİA

Rusiya şirkəti Qarabağın elektrik şəbəkəsini satın almaq istəyir - İDDİA

Qarabağ

14 Sentyabr 2016, 11:20

Rusiyanın “Taşir” şirkəti Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın elektrik şəbəkəsini satın almaq üçün danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Jamanak” qəzeti yayıb. Qəzet danışıqların intensiv şəkildə davam etdiyini deyib.

 

“Danışıqlar uğurla nəticələnsə, “Taşir” şirkəti Ermənistandan sonra Qarabağın da elektrik paylayıcı siosteminə nəzarət edəcək.

 

“Taşir” “Ermənistan Elektrik Şəbəkəsi” şirkətini ötən il elektrik enerjisinə olan tariflərin artırılmasından sonra başlayan aksiyalar fonunda satın almışdı”.

 

Xatırladaq ki, “Taşir” şirkətinin prezidenti erməni əsilli milyarder Samvel Karapetyanıdır.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir