Modern.az

Rejissor Ələkbər Kazımovski vəfat edib

Rejissor Ələkbər Kazımovski vəfat edib

Allah rəhmət eləsi̇n

19 Sentyabr 2016, 20:44

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Musiqili Teatrdan məlumat verilib. Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində  keçirilib.

 

Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

 

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi