Modern.az

BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” oldu

BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” oldu

Aktual

22 Sentyabr 2016, 10:52

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyev və  “Kimya muhəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Ellada İsazadə 2015/2016-cı tədris ili ərzində semestrdə göstərdikləri yüksək nəticəyə görə Böyük Britaniyanın Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülüblər. Modern.az xəbər verir ki, bu münasibətlə Heriot Vatt Universitetinin 2015/2016-cı akademik ili uzrə yuksək təhsil göstəricilərinə görə hər iki tələbəyə universitet mükafatının qalibi olaraq sertifikat və pul mükafatı verilib.

Qeyd edək ki, Rəşad Nəzərəliyev 2013-cü ildə BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına 677 balla daxil olub. Ellada Isazadə isə, “ Kimya mühəndisliyi” ixtisasına 2014-cü ildə 648 bal toplayaraq qəbul olub.

Xatırladaq ki, hazırda BANM-in “Kimya muhəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Sevinc Qafarlı da 2014/2015-ci tədris ili ərzində semestrdə göstərdiyi yüksək nəticəyə görə Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülərək sertifikat və pul mükafatı almışdı.

Modern.az

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək