Modern.az

Türkiyədən Trampa müraciət: “Güləni ekstradisiya edin”

Türkiyədən Trampa müraciət: “Güləni ekstradisiya edin”

Aktual

9 Noyabr 2016, 13:41

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik edib və onu Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.

 

Bu barədə Modern.az "TRT Haber" telekanalına istinadən məlumat verir.

 

Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir:

"Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu