Modern.az

“Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar”

 “Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar”

Aktual

19 Yanvar 2017, 12:00

Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həmin şəxslər avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsində deyil, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu