Modern.az

Moskva: “Prezidentlərin yeni görüşü olacaq”

Moskva: “Prezidentlərin yeni görüşü olacaq”

Aktual

27 Yanvar 2017, 17:01

“Dağlıq Qarabağ münaqişəsi Rusiya xarici siyasəti kontekstində ən prioritet məsələlərdən biridir. Buna görə də müxtəlif səviyyələrdə kontaktlar saxlanılacaq”.


Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

 

Zaxarovanın sözlərinə görə, prezidentlərin yeni görüşü olacaq, amma onun dəqiq tarixi hələ müəyyən olunmayıb.

“Yeni görüşlər təbii ki, olacaq. Lakin hələ ki onların qrafiki müəyyən olunmayıb. Şübhəsiz, bu məsələ Rusiya xarici siyasətinin prioritet məsələlərindən biridir”.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!