Modern.az

Türkiyə, Rusiya və İran rəsmiləri yenidən Astanaya toplanır

Türkiyə, Rusiya və İran rəsmiləri yenidən Astanaya toplanır

Dünya

2 Fevral 2017, 20:27

Türkiyə, Rusiya və İran rəsmiləri Astanada bir araya gələcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi  məlumat yayıb.

Məlumata görə, Türkiyə, Rusiya və İran rəsmiləri fevralın 6-da Astanada toplanacaq. Görüşün məqsədi Suriyada atəşkəsin rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.

Qeyd edək ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok