Modern.az

Azərbaycan Suriyaya ərzaq və dərman yardımı edib

Azərbaycan Suriyaya ərzaq və dərman yardımı edib

Aktual

4 Fevral 2017, 22:18

Azərbaycan ötən il Suriyaya ərzaq, dərman və digər zəruri əşyalar qismində yardım göndərib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qurumun akademiyasında “Ordu və cəmiyyət” mövzusunda keçirilən kurslar çərçivəsində zabit, məmur və ekspertlər qarşısında mühazirə ilə çıxış edərkən məlumat verib.

“2016-cı ilin fevralında yaradılmış Düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəz bir ildən az müddət ərzində təkcə Rusiya deyil, həmçinin Azərbaycan, Belarus, Serbiya və Qazaxıstan tərəfindən Suriyaya göndərilmiş 1000 tondan çox ərzaq, dərman və digər zəruri əşyaları yerli əhali arasında paylaşdırıb”, - deyə Gerasimov bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək