Modern.az

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq müzakirə edilib

Aktual

28 Mart 2017, 21:32

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb. Azərbaycanın bu ölkədəki səfirliyindən Modern.az-a verilən məlumata görə, R.Usubov baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə də tanış olub.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir