Modern.az

Bakıda "Mercedes" körpüdən aşdı - ölən var

 Bakıda "Mercedes" körpüdən aşdı - ölən var

Aktual

1 Aprel 2017, 10:38

Bakıda avtomobil körpüdən aşıb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:19-da başa çatıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu