Modern.az

Region QHT-ləri bir arada

Region QHT-ləri bir arada

Aktual

4 Aprel 2017, 00:21

Şirvan, Mingəçevir və Quba bölgələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının ekspertlər paytaxtda bir araya gəlib. Modern.az xəbər verir ki, toplantıda regionlardakı Qeyri-Hökumət Təşkilatlarının yerli sosial-iqtisadi inkişaf proseslərində, yerli xidmətlərin çatdırılmasında və icma inkişafının təmin edilməsində iştirakına təminat verən mühiti dəyərləndirmək üçün sahə tədqiqatları müzakirə edilib. Həmçinin, təqdiqatların hazırlanması zamanı maraq qrupları ilə bərabər  yerlərdə müzakirələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir Avrasiya Əməkdaşlıq Fondunun İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir