Modern.az

Başına 1 milyon mükafat qoyulan terrorçu məhv edilib

Başına 1 milyon mükafat qoyulan terrorçu məhv edilib

Dünya

3 İyul 2017, 23:23

"Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçunu məhv edib". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Bingöl vilayətində keçirilib. Belə ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışma zamanı 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon lirə pul mükafatı qoyulmuş "Asut Star" ləqəbli, S.C. adlı terrorçu da var.

O, ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə qarşı terror hücumlarında və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak edib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək