Modern.az

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi sağdır

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi sağdır

Dünya

16 İyul 2017, 20:34

"İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır. Hazırda o, Suriya ərazisində gizlənir". Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İraq Daxili işlər nazirliyinin Kəşfiyyat və Antiterror Xidmətinin rəisi Əbu Əli Basri açıqlama verib.

Məlumatda bildirilir ki, Əbu Bəkr əl-Bağdadi Rakka əyalətindən kənarda gizlənir.  

Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok