Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xatırladır ki, Xəzər İbrahim bundan öncə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.
X.İbrahim sentyabrın 12-də NATO yanında Nümayəndəliyin başçısı vəzifəsindən geri çağırılmışdı.