Modern.az

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 4 minədək müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 4 minədək müraciət daxil olub

9 İyun 2011, 15:19

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) 23.02.2011-ci il tarixindən 01.06.2011-ci il tarixinədək 3 779 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlərin 1718-i şikayət, 1139-u – sorğu xarakterli müraciətlərdi, 205-i aidiyyəti üzrə deyil, 717-si isə cari problemlərə bağlı olub.

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək