Modern.az

Nazirlik məlumat yaydı – 62 milyon manatdan çox vəsait…

Nazirlik məlumat yaydı – 62 milyon manatdan çox vəsait…

Aktual

18 Oktyabr 2017, 13:44

Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.

 

Cari ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 59 mln. 552,392 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 2 mln. 677,598 min manat təşkil edib.

 

Xərclərə nəzər saldıqda məlum olur ki, 2 mln. 18,067 min manat ştatda olan işçilərin əmək haqqına, 1 mln. 690,757 min manat ştatdankənar işçilərin əmək haqqına, 28 mln. 866,388 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 7 mln. 37,916 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

 

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir