Modern.az

Saakaşvilinin Ukraynada leqal yaşayacaq

Saakaşvilinin Ukraynada leqal yaşayacaq

7 Noyabr 2017, 20:29

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayda leqal yaşaya biləcək. Modern.az xəbər verir ki, M.Saakaşvili özünün feysbuk səhifəsində ona Ukraynada leqal yaşadığına dair sənəd verildiyini yazıb.

 

Saakaşvili qeyd edib ki, vətəndaşlığının bərpa edilməsinə çalışacaq: "Bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım. Amma məhkəmə vasitəsilə vətəndaşlığının bərpa edilməsinə çalışacağam".

 

Qeyd edək ki, bu ilin iyulunda Ukrayna prezidenti Petro Poroşenko Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Miqrasiya Xidmətindən bildirilib ki, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı