Modern.az

Rusiya səfirliyinə atəş açıldı

Rusiya səfirliyinə atəş açıldı

Aktual

21 Noyabr 2017, 12:42

Rusiyanın Suriya paytaxtı Dəməşq şəhərində yerləşən səfirliyinə terrorçular  tərəfindən minaatan mərmisi ilə hücum olub.

 

Modern.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hücum nəticəsində Rusiya Səfirliyinin binasının, elektrik naqillərinin və su borularının zərər gördüyü bildirilib.

 

Hadisə nəticəsində səfirlik əməkdaşlarından heç kim zərər görməyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir