Modern.az saytı xarici mətbuata sitinadən bildirir ki, ABŞ-ın Dallas şəhərində Hezi Karrol adlı ana 3 dəqiqəyə biri oğlan, beşı qız olan altı körpə dünyaya gətirib
Brukvud Tibb Mərkəzi adlı xəstəxanada 50 həkim və tibb bacısının nəzarətində keçən doğumda uşaqlar analarının qarnından əməliyyatla alınıb. Dünyaya gələn hər uşaq üçün həkim və tibb bacılarından ibarət altı ayrı qrup yaradılıb.
Hamısı sağlam dünyaya gələn uşaqların atası Mişel Karrol özünün dünyanın ən xöşbəxt insanı olduğunu, bundan əlavə üç uşaqlarının da olduğunu, altızlarla birlikdə 11 nəfərdən ibarət iri ailəyə çevrildikıərini deyib.
Qeyd edək ki, təxminən iki həftə bundan əvvəl Pensilvaniya ştatnda da Stensey Karey adlı bir qadın altı əkiz dünyaya gətirmişdi.