Modern.az

Slavyan Universitetinin məzunu Elza Seyidcahana SÖZ ATDI  

Slavyan Universitetinin məzunu Elza Seyidcahana SÖZ ATDI   

Ədəbi̇yyat

2 Dekabr 2017, 17:16

Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini onların öz dilində - şeirlə tənqid edib.

O, Modern.az-a təqdim etdiyi şeirdə yazır:

Özünə şairə deyən xanımlar,
Şeirdən xəbərsiz şeir yazırlar.
Mənasını anlamaq istəyənlər,
Beş saat üstündə baş sındırırlar. 

Elə ki əlinə aldı qələmi,
İstəsə təriflər kökü, kələmi.
Özü də anlamaz yazdıqlarını,
Gəlsin bircə o an şairlik dəmi. 

Bığı da təriflər, saqqalı da o,
İstəsə ah yazar, istəsə oho.
Belə şeir yazmaqda məqsədin nədir? 
Camaat oxuyub desin ki, pahoo? 

Şairə adını alıblar həm də,
Qəm çəkirəm bunu fikirləşəndə.
Deyirəm Bəxtiyar vaxtında getdi,
Yəqin ölərdi Elzanı izləyəndə. 

Yarandı beləcə yepyeni “şeir”,
Qaydasını sizə Əbülfəz deyir:
“Yaz getsin, nə gəldi, fikir də vermə,
Onsuz da şeirimi reytinq gözləyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi