Modern.az

“Azərsu” yenə işçi axtarır

“Azərsu” yenə işçi axtarır

Təhsil

4 İyul 2011, 15:39

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutu iş həcminin artması ilə əlaqədar konstruktor, konstruktor-hidrogeoloq, elektrik, smetaçı, topoqraf-geodeziyaçı, geoloq ixtisasları üzrə işçi qəbulu elan edib.
İddiaçı namizədlərdən kompüter bilikləri, xüsusən də “AutoCAD”, “SMETA plyus” proqramlarında sərbəst işləyə bilmək və müasir topogeodeziya avadanlıqlarından istifadə etmək bacarıqları tələb olunur.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqəyə bu sahədə ən azı 5 il iş stajına malik şəxslər buraxılır.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir