Modern.az

Misirdə terrorçulara qarşı genişmiqyaslı ƏMƏLİYYAT

Misirdə terrorçulara qarşı genişmiqyaslı ƏMƏLİYYAT

Aktual

9 Fevral 2018, 13:02

Misir ordusu bu gün terroristlərə qarşı yeni əməliyyat başlayıb.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Misir ordusu Sina yarımadasında terror qruplarına qarşı genişmiqyaslı əməliyyata start verib.

 

Əməliyyat həmçinin ölkənin digər bölgələrini də əhatə edib. Misir ordusunun açıqlamasında bildirilir ki, bu səhərdən etibarən Sina yarımadasının mərkəzi və şimalında terroristlərə qarşı açıq mübarizəyə başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək