Modern.az

Nazir vertolyot qəzasına düşdü

Nazir vertolyot qəzasına düşdü

Aktual

17 Fevral 2018, 11:03

Meksikanın daxili işlər naziri Alfonso Navarretenin içində olduğu vertolyot qəzaya uğrayıb. Trend-in məlumatına görə, vertolyot nazir ötən gün Meksikada zəlzələ nəticəsində dağılmış ərazilərə baxış keçirərkən baş verib. Məlumata görə, həmin vaxt vertolyotda ştatın qubernatoru da olub.

Qəza nəticəsində nazir və qubernator heç bir xəsarət almayıb. Vertolyotda olan başqa 2 nəfər yüngül xəsarətlər alıb.

 

Məlumata gröə, havada ərazilərə nəzarət keçirən vertolyot 30 metr hündürlükdən avtomobilin üzərinə düşüb. Qəza nəticəsində yerdə olan 2 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Meksikada 7,2 bal gücündə zəlzələ baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir