Modern.az

Fransada 2 terror aktının qarşısı alınıb

Fransada 2 terror aktının qarşısı alınıb

Aktual

25 Fevral 2018, 16:04

Fransanın hüquq mühafizə orqanları 2018-ci ilin əvvəlindən başlayaraq iki terror aktının qarşısını alıb.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir. 

Fransanın daxili işlər naziri Jerar Kollon bildirib ki, yanvarın 1-dən başlayaraq iki terror aktının törədilməsi planlarının qarşısı alınıb. 

 

Onun sözlərinə görə, terrorçular hücumlardan birini idman obyektində, digərini isə hərbçilərə qarşı törətməyi planlaşdırıdılar. Terror aktları Fransanın şimalında və qərbində həyata keçirilməliydi.

 

Nazir vurğulayıb ki, Fransada terror təhdidi yüksək olaraq qalır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək