Modern.az

Almaniya Əfqanıstandakı hərbçilərinin sayını artıracaq

Almaniya Əfqanıstandakı hərbçilərinin sayını artıracaq

Aktual

4 Mart 2018, 15:22

Almaniya müdafiə naziri Ursula fon der Lyayen Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək" əməliyyatında iştirak edən alman əsgərlərinin sayını artırmaq niyyətindədir.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda Almaniyanın Əfqanıstanda 963 hərbçisi var.

 

Yaxın gələcəkdə Əfqanıstandakı alman hərbçilərinin sayı 1300 nəfərədək artırılacaq. Fon der Lyayen "Taliban" və İŞİD terror qruplaşmalarının Əfqanıstanda güclənməsi səbəbindən hərbçilərin sayının artırılmasını vacib sayır. Ancaq bunun üçün Almaniya parlamentinin icazəsi lazımdır. Çünki Bundestaqın hazırkı mandatına əsasən Əfqanıstanda alman hərbçilərin sayı 980 nəfərdən artıq olmamalıdır.

 

Qeyd edək ki, keçən ilin noyabrında NATO baş katibi Yens Stoltenberq ABŞ və 27 ölkənin Əfqanıstandakı NATO missiyasının sayının artırılması barədə razılığa gəldiyini bildirib. NATO missiyasının 13 min nəfərdən 16 min nəfərədək artırılması nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək