Modern.az

İsa Qəmbər və Əli Kərimlinin müavinlərinin məhkəmə vaxtı açıqlandı

İsa Qəmbər və Əli Kərimlinin müavinlərinin məhkəmə vaxtı açıqlandı

1 Avqust 2011, 15:04

2 aprel aksiyasına görə həbs olunmuş Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının məhkəməsinin vaxtı bəlli olub. A.Hacılının qardaşı, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli Modern.az-a bildirib ki, məhkəmənin hazırlıq iclası avqustun 12-də saat 11-də Səbail məhkəməsində keçiriləcək. İşə hakim Famil Nəsibovun sədrliyi ilə baxılacaq.

Arif Hacılı ilə yanaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidlinin də işlərinə baxılacaq.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında heç yerə getməmə barədə iltizam alınaraq azadlığa buraxılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!