Modern.az

İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

9 Aprel 2018, 17:00

“Alpinistlərin axtarışları davam etdirilir”. Bu barədə Modern.az-a "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

Havaların isinməsilə axtarışların nisbətən asanlaşmasına gəlincə, Z.Qasımov deyib ki, hava şəraiti iki gündür mülayimləşib:

“Ona görə də dağlardakı qarın belə tez əriyəcəyini güman etmirəm. Amma bütün bunlara rəğmən axtarışlar davam etdirilir”.

 

Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

 

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək