Modern.az

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

19 Aprel 2018, 11:54

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daha öncə Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək