Modern.az

Gəncədə 2 yol polisini bıçaqlayanların axtarışı aparılır

Gəncədə 2 yol polisini bıçaqlayanların axtarışı aparılır

Təhsil

16 Avqust 2011, 18:20

Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb.  Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəhim Zalov ötən gecə törədilmiş hadisə barədə Modern.az-a bildirb ki, xəsarət almış polis əməkdaşları hazırda xəstəxanada müalicə olunurlar. Bunlar yol polisləri Asim Əliyev və Vüsal Alıyevdir.
Yol polislərinin bıçaqlanmasına onların bir qrup şəxsin mübahisəsinə müdaxilə etmələri səbəb olub. Həmin şəxsləri qayda-qanuna riayət etməyə çağırmaq istəyən asayiş keşikçilərini mübahisə edənlər bıçaqlayaraq hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törədənlərin şəxsiyyəti artıq müəyyən olunub, onların tutulması üçün Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xaliq Qurbanov
Gəncə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?