Modern.az

Deputatlar tətilə gedirlər - Məzuniyyətpulu da məlumdur...

Deputatlar tətilə gedirlər - Məzuniyyətpulu da məlumdur...

Parlament

29 İyun 2018, 15:31

Bu gün Milli Məclisin sonuncu növbədənkənar plenar iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Ancaq bu dəfə iyun ayında Milli Məclisin 2 növbədənkənar  iclası (12 və 29 iyun) keçirildi. Bugünkü növbədənkənar iclasla Milli Məclisin yaz sessiyası ərzindəki fəaliyyətinə yekun vurulub. Sonuncu iclasın bitməsi ilə deputatlar tətilə yollanıblar.

Ancaq Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.

“Deputatın statusu haqqında" qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti)  əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin sədri 4950 manat,  Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok