Modern.az

Zəlzələ qurbanlarının sayı 436-ya çatdı

Zəlzələ qurbanlarının sayı 436-ya çatdı

Dünya

13 Avqust 2018, 11:54

İndoneziyanın Lombok adasında baş vermiş güclü zəlzələdə ölənlərin sayı artmaqda davam edir.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan cəsədlərlə birgə hazırda ölənlərin sayı 436-ya yüksəlib.

 

Rəsmi məlumatlara görə zəlzələdə yarısı ağır olmaqla daha 1300 nəfər xəsarət alıb.

Xatırladaq ki, Avropa Aralıq dənizi seysmoloji Mərkəzinin məlumatına görə avqustun 5-də İndoneziyada 6,6 ballıq zəlzələ baş verib.

 

Hazırda dağıntıların aradan qaldırılması davam edir. İnsanların çoxunun dağıntılar altında olması ilə əlaqədar ölənlərin sayının arta biləcəyi qeyd edilir.

 

Qeyd edək ki, bundan əvvəl İndoneziya Təbii fəlakətlərin qarşısının alınması üzrə Milli Agentliyi 387 nəfərin öldüyünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək